Nardaran sakinindən xeyli narkotik götürülüb

Nardaran sakinindən xeyli narkotik götürülüb
# 08 avqust 2014 10:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Nardaran sakinindən xeyli miqdarda narkotik götürülüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Rəşid Zeynalovun evindən 3 kiloqram 700 qram marixuana və həyətyanı sahəsindən ümumi çəkisi 13 kiloqram 200 qram olan 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR