Samuxda zəhərlənmə baş verib.
APA-nın qərb bürosunun məlumatına görə, rayonun Qarayeri kənd sakini, 1995-ci il təvəllüdlü Hüseynova Məleykə Bazar qızı zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, qadın sirkə turşusu içərək zəhərlənib. Faktla bağlı araşdırma aparılır.