Tovuzda yaşayış evində partlayış baş verib, yaralananlar var - VİDEO

Tovuzda yaşayış evində partlayış baş verib, yaralananlar var - <span style="color: red;">VİDEO
# 27 mart 2015 07:20 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən axşam rayonun Ermənistanla sərhəddə yerləşən Əlibəyli kəndində Şirinovlar ailəsinə məxsus evdə qeydə alınıb.

Ev sahibi, 1964-cü il təvəllüdlü Atlaz Mehvalı qızı Şirinova meşədən qış üçün tədarük edilən odunu evə gətirib. Odunun içində partlamamış güllə olub. Odun sobaya atılan zaman güclü partlayış baş verib. Nəticədə qadın müxtəlif bədən xəsarətləri alıb. Partlayış zamanı A. Şirinovanın həyat yoldaşı, 1960-cı il təvəllüdlü Vahid Tapdıq oğlu Şirinov da qəlpə yarası alıb.

Yaralılar dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR