Bakı. Aynur Əliyeva - APA-Economics. Qazaxıstanın milli aviadaşıyıcısı “Air Astana” reyslərini Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yeni sərnişin terminalından yerinə yetirməyə başlayıb.
“Air Astana”nın Azərbaycandakı regional meneceri Qalımcan Seylbayevin “APA-Economics”ə verdiyi məlumata görə, Almatı-Bakı və əks istiqamətdə uçuşlar artıq yeni terminaldan yerinə yetirilir.
“Biz bütün xarici aviaşirkətlərin arasında yeni terminaldan uçuşları ilk dəfə reallaşdırdıq”, - deyə Q. Seylbayev qeyd edib.