Zaqatalada kompleks mülkü müdafiə təlimi keçirilib

Zaqatalada kompleks mülkü müdafiə təlimi keçirilib
# 24 iyun 2016 14:49 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülkü Müdafiə Qoşunlarının Mülkü müdafiə idarəsi tərəfindən Zaqatalada “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülkü müdafiə təlimi keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, kompleks təlimə FHN-in Mülkü Müdafiə Qoşunlarının əməkdaşları, rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon fövqəladə hallar komissiyasının, mülkü müdafiə xidmətlərinin, ərazi və obyekt mülki müdafiə qüvvələri cəlb olunub.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış xilasetmə, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, epidemiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqlar yerinə yetirib.

Kompleks təlimdə rayonun hərbiləşdirilməmiş dəstələrinin 286 nəfər şəxsi heyəti və 33 ədəd texnikası iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR