Maykl Ceksonun qara şlyapası 8,5 min avroya satılıb

Maykl Ceksonun qara şlyapası 8,5 min avroya satılıb
# 12 fevral 2013 08:00 (UTC +04:00)

Bakı. Ülkər Qasımova-APA. Dünya pop musiqisinin kralı hesab olunan mərhum Maykl Ceksonun məşhur şlyapası Parisdə 8,5 min avroya satılıb. APA-nın “RİA Novosti”yə istinadən yaydığı xəbərə görə, hazırlanmasında qızıldan da istifadə olunmuş Maddest Hatter adlanan qara şlyapa 1984-cü ildə istehsal olunub və şlyapanın içində “məhz Maykl Cekson üçün hazırlanıb” sözləri yazılıb.

Maykl Cekson bu şlyapanı 1985-ci ildə Nyu-Yorkdakı konsertindən sonra amerikalı musiqiçi Conatan Devisə hədiyyə edib. Şlyapanın ilkin satış qiyməti 2 min avrodan başlayıb və yekunda 8,5 min avroya satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR