Mingəçevirdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Mingəçevirdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
# 07 iyul 2016 15:07 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları batmaq təhlükəsi ilə üzləşən bir nəfəri xilas edib.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, xidmətə Mingəçevir şəhərində 1 nəfərin su anbarında (məntəqə ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR