Mütəxəssis: “Abort sonsuzluğun yaranmasına səbəb ola bilər”

Mütəxəssis: “Abort sonsuzluğun yaranmasına səbəb ola bilər”
# 12 mart 2013 08:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Qadınlar abortdan sonra ən təhlükəli infeksiyalara yoluxa bilər. Abort zamanı istifadə olunan alətlərin sterilizasiyası qaydalarına əməl olunmaması bunun əsas səbəblərindən biridir”.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda səhiyyənin gücləndirilməsi layihəsinin meneceri Afət Məmmədova deyib. O bildirib ki, abort qadınların həyatı üçün təhlükəlidir.

A.Məmmədovanın sözlərinə görə, abort həmçinin qadında sonsuzluğun yaranmasına, qadının dünyaya gətirəcəyi növbəti uşağın və ya özünün əlil olmasına, qadında qanaxmaların baş verməsinə səbəb ola bilər. Mütəxəssis qeyd edib ki, abortdan sonra qadın sağlamlığı ciddi təhlükə altına düşür: “Bu əməliyyatlar bəzən kor-koranə aparılır. Bu halların baş verməməsi üçün abortdan qat-qat təhlükəsiz olan kontraseptivlərdən istifadə məsləhət görülür. Bu həm abortların azalmasına şərait yaradar, həm də qadın və uşaq sağlamlığın təmin edər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR