QAT Fransa səfirliyinin qarşısında etiraz aksiyası keçirib - FOTO

QAT Fransa səfirliyinin qarşısında etiraz aksiyası keçirib - <span style="color: red;">FOTO
# 01 mart 2013 11:52 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları “Fransaya ar olsun!”, “Cinayətkarların cəzalandırılmasını tələb edirik!”, “Fransa+Ermənistan=terror!” və digər şüarlar səsləndirib. Sonda aksiyanın qətnaməsi səfirliyə təqdim edilib.

Qətnamədə Fransanın paytaxtı Parisdə azərbaycanlı diaspor nümayəndələrinin döyülməsini terror kimi dəyərləndirilib və işin obyektiv araşdırılaraq günahkarların cəzalandırılması tələb olunub: “Hesab edirik ki, bundan sonra Fransanın Minsk qrupunun həmsədri kimi fəaliyyətini davam etdirməyə mənəvi haqqı yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR