Azəbaycanda 2012-2013-cü tədris ili üçün ixtisaslaşma seçimi cədvəli və ixtisaslaşmalar üzrə qəbul proqramları çap olunub

Azəbaycanda 2012-2013-cü tədris ili üçün ixtisaslaşma seçimi cədvəli və ixtisaslaşmalar üzrə qəbul proqramları çap olunub
# 16 mart 2012 08:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün ixtisaslaşma seçimi cədvəli və ixtisaslaşmalar üzrə qəbul proqramlarını çap edib. APA-nın məlumatına görə, “Magistr” jurnalının 3-cü sayında ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları dərc olunub. Hər bir bakalavr ixtisaslaşma seçimi cədvəli əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış olan, müvafiq qəbul proqramının nömrəsi və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının birinci mərhələsindəki nəticəsindən asılı olaraq ona seçmək hüququ verilən ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və müvafiq proqram əsasında imtahanların ikinci mərhələsinə hazırlaşmalıdırlar.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 4-də keçirilib. Bu mərhələdə bakalavrın ümumi intellekt səviyyəsi, xarici dil və informatika fənni üzrə bilikləri test üsulu ilə yoxlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR