Ayətullah Xamneyi: “İran 30 ildir sanksiyalara qarşı özünü sığortalayıb”
11 iyul 2012 13:37 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Bu gün sanksiyalar İrana heç bir təsir göstərmir. Çünki Tehran 30 ildir bu sanksiyalardan özünü sığortalamağı bacarıb”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi Tehranda keçirilən “İslami oyanış və qadınlar” adlı beynəlxalq konfransda çıxışında deyib. O bildirib ki, fövqəlgüclər 32 ildir İranla düşmənçilik edir: “Bu gün Qərb ölkələri İrana qarşı sanksiyaları artırmaqla yalandan hay-küy salmaqla məşğuldur. Halbuki İran 30 ildir sanksiyalara qarşı peyvənd olunub. Yəni bugünkü İran 30 il əvvəlki ilə müqayisədə yüz dəfə daha güclüdür”.
Asiya
Banqladeşdə qırıcı təyyarə təlim zamanı qəzaya uğrayıb, pilot həlak olub
23:10
9 may 2024
Ərdoğan: “Rusiyanın iştirakı olmadan Ukrayna ilə bağlı təşəbbüslərin uğur qazanma şansı azdır”
21:19
8 may 2024
Netanyahu ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin rəhbəri ilə görüşüb - YENİLƏNİB
17:03
8 may 2024
Əfqanıstanda partlayış nəticəsində 3 polis ölüb, 5-i yaralanıb
14:58
8 may 2024