Azərbaycan Bəstəkarlar İttifaqında bəstəkar Elnarə Dadaşovanın müəllif konserti olub
25 iyun 2012 15:45 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda tanınmış bəstəkar əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın müəllif konserti olub. APA-nın məlumatına görə, konserti açıq elan edən Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə E. Dadaşovanın həyat və yaradıcılığından söhbət açıb. Tədbir iştirakçıları beynəlxalq müsabiqə laureatı, Azərbaycan Dövlət Opera və Balet teatrının solisti Fəridə Məmmədovanın ifasında Səməd Vurğunun sözlərinə bəstələnmiş “Bahar şərgisi”, “Rəngim döndü sənsiz” (söz. M.Füzulinin), “Lay-lay” (söz.Ə.Cəmilin), “İlk bahar” (söz. H.Cavidin), “Vüqarlı dağları sevirəm” romanslarını dinləyiblər. Beynəlxalq müsabiqə laureatı Nigar Qəhrəmanova royalda “3 prelüd”, əməkdar artist Töhfə Babayeva (skripka) və Beynəlxalq müsabiqə laureatı Züleyxa Bayramova “Sonatina” 2,3 hissələrini, “Variasiyalar” ifa ediblər. Konsertdən sonra E. Dadaşova tədbirin keçirilməsində ona şərait yaradıldığı üçün Bəstəkarlar İttifaqına təşəkkürünü bildirib.
İncəsənət
"Gəncədən Bakıya" layihəsi çərçivəsində növbəti konsert keçirilib
15:10
1 may 2024
Azərbaycan Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda qalib olub
15:42
30 aprel 2024
“Yol əhvalatı”nın Fəridi: Nə vaxta kimi Azərbaycanda çəkilən filmlərdə pullar yeyiləcək, kinomuz belə də qalacaq - MÜSAHİBƏ
15:09
30 aprel 2024
Gəncə Filarmoniyasında "Gəncədən Bakıya" layihəsi təqdim edilib
12:37
30 aprel 2024