Abid Şərifov: “Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsindən sonra minalardan təmizlənməsini nəzərdə tutan sənəd hazırlanıb”

Abid Şərifov: “Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsindən sonra minalardan təmizlənməsini nəzərdə tutan sənəd hazırlanıb”
# 05 iyul 2012 10:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanda minaya düşənlərin sayı xeyli azalıb. APA-nın bildirdiyinə görə, bu barədə jurnalistlərə baş nazirin müavini Abid Şərifov məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə Azərbaycanda mina və hərbi sursatların partlayışları nəticəsində 642 nəfər dünyasını dəyişib: «Son illərdə məktəblərdə bununla bağlı dərslər keçirilir. Məlumatlandırma işləri təşkil olunur. Bu da öz növbəsində mülki insanlar arasında mina qurbanlarının sayının azalmasına təsir göstərir».

A. Şərifov bildirib ki, indiyədək ümumilikdə 19 min hektar ərazi minalardan təmizlənərək insanların istifadəsinə verilib.

Baş nazirin müavini işğal altındakı ərazilərdə mina və PHS təhlükəsi ilə bağlı qiymətləndirmə sənədi hazırlandığını bildirib. Bu sənəddə ərazilər işğaldan azad olunandan sonra orada torpaqların təmizlənməsi ilə bağlı məsələlər əksini tapır.

A. Şərifov Bakı ətrafında, keçmiş sovet ordusunun hərbi bazalarının ərazilərində mina və PHS probleminin mövcud olduğunu və bu problemlərin aradan qaldırılması istiqamətində işlər aparıldığını vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR