Lənkəranda un bahalaşıb

Lənkəranda un bahalaşıb
# 11 iyul 2012 13:38 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Son bir həftə ərzində Lənkəranda unun qiymətində fərqli dərəcədə bahalaşma müşahidə olunmaqdadır.

APA-nın Cənub bürosunun məlumatına görə, rayonun ticarət şəbəkələrində bir neçə gün öncə 16-17 manata satılan 50 kq-lıq unun bir kisəsi bu gün 19-20 manata satılır. Satıcılar bunu topdansatış mərkəzində qiymətlərin artması ilə izah edirlər.

Qeyd edək ki, rayonda un bahalaşsa da, bu, çörəyin qiymətinə təsir etməyib. Dükan və mağazalarda 400 qramlıq çörək əvvəlki kimi 25 qəpiyə satılır.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Rüstəm Qurbanov APA-nın yerli bürosuna rayonda unun bahalaşmasından xəbərsiz olduğunu bildirib: “Hər halda, bu bahalaşmanı yerli sahibkarlar tərəfindən süni qiymət artımı kimi qələmə vermək olmaz. Yəqin ki, onlara da unu əvvəlkindən baha qiymətə satırlar. Məsələ ilə hökmən maraqlanıb, lazım olan təqdirdə müvafiq ölçü götürəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR