İraq Kürdüstanından neft ixracı dayandırılıb

İraq Kürdüstanından neft ixracı dayandırılıb
# 02 aprel 2012 08:43 (UTC +04:00)
Bakı - APA-Economics. İraqın Kürdüstan muxtariyyətinin hökuməti bölgədən neft ixracına qadağa qoyub.

APA-Economics”in beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, muxtariyyət rəhbərliyi İraqın mərkəzi hökumətini bölgədə çalışan əcnəbi şirkətlərə ödənişlərin kəsilməsində ittiham edib.

Kürdüstan Təbii Ehtiyatlar Nazirliyi bəyan edib ki, 1,5 mlrd. dollar həcmində olan ödənişlər artıq 10 aydır gecikdirilir, vəziyyətin dəyişəcəyinin əlamətləri isə görünmür.

Qeyd edək ki, Bağdad və regional hökumət arasında münasibətlər ötən ilin payızında Kürdüstan muxtariyyəti ABŞ-ın “ExxonMobil” şirkəti ilə İraqın şimalında neftin kəşfiyyatı və hasilatına dair saziş imzaladıqdan sonra kəskinləşib. Mərkəzi hökumət sazişi qanunsuz elan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR