Xaçmaz şəhərinin içməli su və kanalizasiya sistemi yenidən qurulacaq

Xaçmaz şəhərinin içməli su və kanalizasiya sistemi yenidən qurulacaq
# 08 fevral 2012 14:37 (UTC +04:00)
Xaçmaz. Vəli Turan-APA. Bu gün Xaçmaz rayonunda 2011-ci sosial-iqtisadi göstəricilərinə həsr olunan hesabat yığıncağı keçirilib. APA-nın Şimal bürosunun verdiyi məlumata görə, tədbirdə çıxış edən Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev ötən ilin rayon üçün uğurlu olduğunu bildirib. O bildirib ki, rayonda İqtisadi İnkişaf Nazirliyinin Regional Biznes Mərkəzinin və Olimpiya İdman Kompleksinin inşası davam etdirilir. Bundan əlavə yaxın günlərdə Xaçmaz şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılacaq. Ötən il Xaçmazda iki məktəb binası istifadəyə verilib. Bu il isə Köhnə Xaçmaz kəndində 640 , Uzunoba kəndində 480 yerlik məktəb binasının inşası davam etdirilir. Yaxın vaxtlarda Müzəffəroba kəndində 180 yerlik məktəb binasının tikitisinə başlanılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR