“Royal Dutch Shell” İrana olan borcunu taxılla ödəmək istəyir

“Royal Dutch Shell” İrana olan borcunu taxılla ödəmək istəyir
# 29 oktyabr 2012 11:02 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Böyük Britaniya və Hollandiyanın müştərək neft şirkəti olan “Royal Dutch Shell” İranın Milli Neft Şirkətinə olan borcunu taxılla ödəmək istəyir.

APA-nın məlumatına görə, Tehrana qarşı iqtisadi sanksiyalar səbəbindən şirkət İrana olan 1,4 milyard dollar borcunu qaytara bilmir. Sanksiyalar kənd təəsrüfatı məhsullarını əhatə etmədiyi üçün yeni ödəmə yolları axtaran “Royal Dutch Shell” bu məbləğin qarşılığını taxılla ödəmək fikrindədir. Bunun üçün şirkət Böyük Britaniya, Hollandiya və ABŞ-dan razılıq alacağına ümid edir.

Qeyd edək ki, Avropa Birliyinin Tehrana qarşı neft sanksiyasına baxmayaraq, İrandan neft almağa davam edən “Royal Dutch Shell” borcunu ödəyə bilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR