Azərbaycan Mikromaliyyə Assosiasiyası iki beynəlxalq tədbirə hazırlaşır

Azərbaycan Mikromaliyyə Assosiasiyası iki beynəlxalq tədbirə hazırlaşır
# 09 aprel 2012 08:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) may ayında iki beynəlxalq tədbirdə iştirak edəcək. Bunu «APA-Eonomics»ə açıqlamasında AMA-nin icraçı direktoru Jalə Hacıyeva bildirib.

J.Hacıyevanın sözlərinə görə, ilk tədbir mayın 15-20-də San-Fransisko şəhərində (Kaliforniya ştatı, ABŞ) keçiriləcək. «SEEP Network» (The Small Enterprise Education and Promotion Network) şəbəkəsi Müşahidə Şurasının iclasında AMA yaxından iştirak edəcək. İclasda qurumun strateji plana ediləcək əlavə və dəyişikliklər, həmçinin bu il üçün nəzərdə tutulmuş işlər müzakirə olunacaq. Qeyd edək ki, 2009-cu ildən AMA «SEEP Network» şəbəkəsində Müşahidə Şurasının üzvü kimi təmsil olunur.

J.Hacıyeva bildirib ki, may ayının sonunda isə Tiflisdə Polşa Mikromaliyyə Assosiasiyasının XV illik konfransı keçiriləcək. «Biznes və yaxud inkişaf: seçim zamanı yetişib» mövzusunda keçiriləcək bu konfransda mikromaliyyə sahəsində fəaliyyət göstərən maliyyə təşkilatları iştirak edəcək. Bu il Azərbaycanda bu konfransa qatılanların sayı əvvəlki illərə nisbətən daha çox olacaq.

H.Hacıyeva bu konfransın hər il ayrı-ayrı ölkələrdə keçirildiyini qeyd edib. İcraçı direktor bildirib ki, Polşa Mikromaliyyə Assosiasiyasının Bakıda konfransının təşkili üçün dövlətin dəstəyi olmalıdır: «Bu, geniş konfrans olduğu üçün AMA konfransın təşkilatçılığı və digər işləri tək özü həll edə bilməz, buna dövlətin də dəstəyi olmalıdır».

Xatırladaq ki, 2008-ci ildən J.Hacıyeva Polşa Mikromaliyyə Assosiasiyası Müşahidə Şurasının üzvüdür.

AMA 2001-ci ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR