Müsavat Partiyası mətbuat və informasiya şöbəsinə yeni rəhbər təyin olunub

Müsavat Partiyası mətbuat və informasiya şöbəsinə yeni rəhbər təyin olunub
# 11 iyun 2012 14:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncağın əvvəlində partiya başqan İsa Qəmbər Leyla İlqarın Müsavat Partiyası mətbuat və informasiya şöbəsinin rəhbəri təyin edilməsi haqda sərəncamını təqdim edib.

Partiyadaxili məsələnin müzakirəsi zamanı isə keçirilən və planlaşdırılan yeni zona müşavirələri haqqında məlumat verilib. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti həftə keçiriləcək toplantısı üçün təkliflər verilib. “İnformasiya əldə etmək haqqında”, “Kommersiya sirri haqqında” və “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunlarında nəzərdə tutduğu dəyişikliklər haqqında bir daha müzakirə aparılıb.

Son günlər artan əsgər ölümləri ilə bağlı da toplantıda müzakirə aparılıb. ABŞ dövlət katibi Hillari Klintonun Bakıya səfəri zamanı Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparacağı ərəfədə qoşunların təmas xəttində, o cümlədən, Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulmasının xarici qüvvələr tərəfindən körükləndiyi qeyd edilib. Hakimiyyətin son dərəcədə sayıq və diqqətli olmasının vacibliyi vurğulanıb.

“Eurovision” yarışması ərəfəsində kütləvi aksiyalarda fəallıq göstərmiş müxalifətçilərin təqib olunması tənqid edilib.

Sonda cari məsələlərə baxılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR