Rusiyada prezident seçkilərini Milli Məclisin 6 deputatı izləyəcək

Rusiyada prezident seçkilərini Milli Məclisin 6 deputatı izləyəcək
# 01 mart 2012 16:04 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Milli Məclisinin (MM) deputatları Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün martın 2-dən 7-dək bu ölkədə səfərdə olacaqlar. Bu barədə APA-ya MM-in mətbuat xidmətindən bildirilib.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rüstəm Xəlilov Sankt-Peterburqda, millət vəkilləri Elton Məmmədov, Rüfət Quliyev və Mirkazım Kazımov Moskvada seçki prosesini müşahidə edəcəklər.
Xatırladaq ki, MM-in deputatı Sabir Hacıyev artıq fevralın 29-dan Moskva şəhərində səfərdədir. O, Avropa Şurası Parlament Assambleyasının xətti ilə martın 4-də burada keçiriləcək prezident seçkilərini izləyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR