BFB-da keçirilən daha bir hərrac baş tutmayıb

BFB-da keçirilən daha bir hərrac baş tutmayıb
# 22 avqust 2012 15:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50103434S seriyalı, ümumi həcmi 40 mln. manat, hərraca çıxarılan həcmi 20 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investorun iştirak etdiyi hərracda sifarişin nominal üzrə ümumi həcmi 1 556 400 manat təşkil edib. Sifariş 99,8900% (gəlirlik 1,42%) qiyməti ilə təqdim olunub. Hərrac ikidən az investorun iştirakı nəticəsində rəqabətli qiymətin formalaşmaması səbəbindən emitent tərəfindən baş tutmamış hesab olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR