İctimai Palata “Eurovision” ərəfəsində Azərbaycan paytaxtında etiraz aksiyaları keçirməyi planlaşdırır

İctimai Palata “Eurovision” ərəfəsində Azərbaycan paytaxtında etiraz aksiyaları keçirməyi planlaşdırır
# 07 fevral 2012 10:13 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu İctimai Palatanın (İP) ötən il 2 aprel aksiyasına görə həbs olunanlarla bağlı keçirdiyi tədbirdə İP Koordinasiya Şurasının üzvü, Müsavat Partiyanın başqanı İsa Qəmbər deyib.

Müsavat başqanı deyib ki, 2 aprel məhbusları müsabiqəyə qədər azad edilməsələr, İctimai Palata aksiyalara başlayacaq: “O zaman baş verə biləcək hadisələrə görə məsuliyyəti biz daşımırıq”.

Müsavat başqanı İP-in bununla bağlı ciddi aksiyalara start vermək niyyətində olduğunu vurğulayıb: “Bu aksiyalar müxtəlif formalarda olmalıdır. Bizim gənclər artıq bu prosesə hazırlaşırlar. Biz də bu mərhələyə ciddi hazırlaşmalıyıq”.

Onun sözlərinə görə, hazırda İP-in Avropa bürosu ilə də bu yöndə məsləhətləşmələr aparılır: “Avropadan olan müsabiqə iştirakçıları ilə əlaqə qurmağa çalışılacaq ki, onlar da burada öz çıxışlarında həbsdə olanlara dəstək verən fikirlər səsləndirsinlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR