Nazir: «Azerispace» bu ildən kreditləri özü ödəyəcək»

Nazir: «Azerispace» bu ildən kreditləri özü ödəyəcək»
# 08 fevral 2014 08:35 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, ötən il «Azerspace-1» üç ay gec fəaliyyətə başlayıb: «Bu da orbitə çıxarılma ilə bağlı olub. Altı ay ərzində təxminən 10 mln. ABŞ dolları gəlir əldə edib. Bunun da 95%-i ixrac edilən resursların payına düşür».

Nazir deyib ki, peykin ABŞ «Eximbank»ına 17 mln. dollar borcu olub: «Azərbaycan Maliyyə Nazirliyinin 7 mln. dollar köməyi ilə və 10 mln. dollar öz qazancları hesabına ötən ilin borcları ödənilib: «Artıq bu ildən başlayaraq «Azerispace» kreditləri özü bağlaya biləcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR