Bakıda oğurluqda təqsirləndirilən qadın tutulub

Bakıda oğurluqda təqsirləndirilən qadın tutulub
# 28 noyabr 2013 08:21 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda əvvəllər məhkum olunmuş qadın tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 27-si saat 07 radələrində Vüsal Ramazanovun Yeni Günəşli qəsəbəsindəki mənzilindən oğurluğa cəhd olunub. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Mətanət Hüseynova tutulub. Müəyyən olunub ki, o, noyabrın 22-də Babəli İsbatovun Yeni Günəşli qəsəbəsindəki mənzilindən 2 ədəd bankomat kartı və şəxsi sənəd, noyabrın 25-də isə Cəmilə Qurbanovanın mənzilindən, açıq qapıdan keçmə yolu ilə pul, 1 cüt qızıl sırğa, şəxsiyyət vəsiqəsi, bankomat və sığorta kartları oğurlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR