“Marmaray” tunel-keçidində qatarların hərəkəti bir gündə 3 dəfə dayandırılıb

“Marmaray” tunel-keçidində qatarların hərəkəti bir gündə 3 dəfə dayandırılıb
# 30 oktyabr 2013 14:42 (UTC +04:00)

Bakı - APA. Oktyabrın 29-da təntənəli açılış mərasimi keçirilən, Asiya və Avropa qitələri arasında İstanbul boğazının altından keçməklə dəmir yolu əlaqəsini təmin edəcək “Marmaray” tunel-keçidində artıq problemlər yaşanmağa başlayıb. APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, oktyabrın 30-da gün ərzində “Marmaray” tunel-keçidində qatarların hərəkəti 3 dəfə dayandırılıb.

Yerli vaxtla səhər saat 08:15 radələrində elektrik enerjisi təchizatında yaranan problemlə bağlı qatarların hərəkəti müvəqqəti dayanıb. Sərnişinlər qatardan enərək tunel-keçidi piyada keçiblər. On dəqiqə sonra hərəkət bərpa edilib. Nəqliyyat, dənizçilik və rabitə naziri Binəli Yıldırım yaşanan problemin İstanbulun elektrik təchizatından qaynaqlandığını, tunel-keçiddə ciddi problem olmadığını bildirib. Ancaq saat 14:10 radələrində qatarların hərəkəti yenidən dayandırılıb, yalnız 14:40 radələrində hərəkəti bərpa etmək mümkün olub. Günorta saatlarından sonra isə “Marmaray” tunel-keçidində hərəkət tam dayandırılıb. Rəsmilər bunu sərnişin sıxlığı ilə əlaqələndiriblər. Daha sonra hərəkət yenidən bərpa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR