Şəmkir rayonunda prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Şəmkir rayonunda prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb
# 20 iyun 2013 13:01 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şəmkir rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, prioritet sahələrə müasir çörək zavodunun, müasir soyuducu anbar kompleksinin, kiçik həcmli meyvə-tərəvəz emalı müəssisəsinin, istixana və üzümçülük təsərrüfatlarının, həmçinin müasir üzüm qurutma müəssisəsinin yaradılması daxildir. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.

Bu gündən etibarən sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilərlər. Əlaqə telefonu: (+994 12) 434-74-29.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR