Yanukoviç: Ukraynanın Avropa standartlarına keçməsi üçün ildə 20 mlrd. dollar gərəkdir

Yanukoviç: Ukraynanın Avropa standartlarına keçməsi üçün ildə 20 mlrd. dollar gərəkdir
# 27 noyabr 2013 01:23 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Yanukoviç qeyd edib ki, 2017-ci ilin sonunadək Ukraynaya 160 mlrd. dollar vəsait gərəkdir.

“Ukrayna bu sazişə qoşulmaq üçün hər şeydən öncə kifayət qədər iqtisadi potensiala malik olmalıdır”, deyə prezident qeyd edib.

O, həmçinin, Ukraynanın uzun müddət ərzində Avropa Birliyinin müxtəlif qurumları ilə ticari-iqtisadi məsələlərə dair danışıqlar apardığını qeyd edib.

Bundan əvvəl Yanukoviç bəyan edib ki, Ukrayna yalnız iqtisadi baxımdan hazır olduqdan sonra AB ilə assosiasiya sazişini imzalayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR