Belarus Azərbaycana yeni tank əleyhinə raket kompleksini təqdim etməyə hazırlaşır

Belarus Azərbaycana yeni tank əleyhinə raket kompleksini təqdim etməyə hazırlaşır
# 23 fevral 2013 08:11 (UTC +04:00)

Bu barədə APA-ya Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində keçirilən İDEX-2013 beynəlxalq müdafiə sərgisində iştirak edən Belarusun stendinin təşkilatçıları məlumat verib.

Sərgidə iştirak edən Azərbaycan nümayəndə heyətlərinə kompleksi təqdim edən istehsalçılar sistem hazırlanan zaman Azərbaycan şəraitinin nəzərə alındığını vurğulayıblar.

Ukrayna istehsalı olan «Skif» tank əleyhinə idarə olunan raket komplekslərinin təkmilləşdirilmiş və yeni versiyası olan «Şerşen-D» 130 və 152 mm kalibrli raketlərdən atəş açır. Sərgidə nümayiş etdirilən kompleks iki buraxılış qurğusundan (130 və 152 mm-lik), müasir idarəetmə vasitəsindən ibarət olub. Belaruslu mütəxəssislərin sözlərinə görə, operator tərəfindən həm uzaqdan pultla, həm də naqillə komanda verməklə kompleks vasitəsi ilə döyüş atışlarını həyata keçirmək mümkündür. Bu kompleksdən eyni zamanda sahil yaxınlığındakı kiçik gəmilərə, habelə helikopterlərə qarşı istifadə etmək olur.

Kompleks nəqliyyat vasitələrinin üzərinə açılıb yığılan dayaq üzərində qurulur. Bu sistemin köməyi ilə döyüş maşını gizləndiyi yerdən çıxmadan hədəflərə atəş aça bilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR