Paşha Bank
Bank Of Baku

AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq

Qəbələdə yerləşən AZAL-ın Uçuş Heyyətinin Hazırlığı Mərkəzinin rəis müavini Seymur Quliyev

© APA | Qəbələdə yerləşən AZAL-ın Uçuş Heyyətinin Hazırlığı Mərkəzinin rəis müavini Seymur Quliyev

# 12 noyabr 2026 17:51 (UTC +04:00)

"Azərbaycan Hava Yolları"nın (AZAL) Uçuş Heyətinin Hazırlığı Mərkəzi yerli pilot kadrlarının hazırlanması imkanlarını genişləndirməyi, təlim təyyarələrinin və təlimatçıların sayını artırmağı planlaşdırır.

"APA-Economics" xəbər verir ki, bu barədə Qəbələdə yerləşən AZAL-ın Uçuş Heyyətinin Hazırlığı Mərkəzinin rəis müavini Seymur Quliyev Mərkəzə təşkil olunmuş media-tur çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda mərkəzin təlim parkında 5 ədəd Cessna 172S tipli təyyarə mövcuddur. Bu ilin sonunadək daha bir belə hava gəmisinin Azərbaycana gətirilməsi nəzərdə tutulur. 2027–2028-ci illərdə isə "Cessna" təyyarələrinin sayının 10-u keçəcəyi planlaşdırılır.

Seymur Quliyev əlavə edib ki, əsas prioritetrərlədən biri yerli kadrların hazırlanmasıdır. Təyyarə parkının genişləndirilməsi ölkədə pilot hazırlığı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

"Hazırda mövcud təyyarə və təlimatçı potensialı hesabına il ərzində 16 pilotun hazırlanması mümkündür. Mərkəzin qarşıdakı illər üzrə hədəfi isə bu göstəricini illik 60 nəfərə çatdırmaqdır", - Seymur Quliyev vurğulayıb.

O bildirib kii, hazırda 4 təlimatçı Türkiyədə müvafiq hazırlıq kurslarında iştirak edir. Onların yanvar ayından etibarən fəaliyyətə qoşulması ilə Mərkəzdə təlimatçıların ümumi sayının 8 nəfərə çatdırılması gözlənilir. Bununla yanaşı, 2027–2028-ci illərdə ümumilikdə 19 yeni təlimatçının hazırlanması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR