Gəncədə orta məktəb müəllimini bıçaqlayan şəxsin kimliyi məlum olub

Gəncədə orta məktəb müəllimini bıçaqlayan şəxsin kimliyi məlum olub
# 29 aprel 2013 11:15 (UTC +04:00)

Gəncə. Azər Məmmədov – APA. Gəncədə bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, aprelin 27-də Gəncə şəhər sakini, 25 saylı orta məktəbdə müəllim işləyən 1980-ci il təvəllüdlü N.Əliyev qarın nahiyəsinin deşilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olub. Bıçaqlanan şəxs polis əməkdaşlarına şəhərin Poçt qəsəbəsində naməlum şəxs tərəfindən bıçaqlandığını bildirib. Aparılan əməliyyat tədbirləri nəticəsində N. Əliyevi bıçaqlayan şəxsin kimliyi məlum olub. Bu şəxs 1981-ci il təvəllüdlü Gəncə şəhər sakini Romellan Əfəndiyevdir. Hazırda polis cinayət törədən şəxsin axtarılması istiqamətində tədbirlər həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR