Azərbaycanda 14 mindən çox dövlət qulluqçusu pensiya alır

Azərbaycanda 14 mindən çox dövlət qulluqçusu pensiya alır
# 23 iyun 2015 08:04 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanda dövlət qulluqçularının ən çox çalışdığı orqanlardan biri Dövlət Sosial Müdafiə Fondudur və onların arasında gənclər üstünlük təşkil edir. Fond dövlət qulluğu üçün kadrların müsabiqə və müsahibə əsasında seçilməsi sahəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq edir.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, təkcə bu ilin may ayı ərzində vakant yerlər üzrə müsabiqənin test və müsahibə mərhələlərində uğur qazanan 68 gənc aidiyyatı vəzifələrə təyin olunub.

Fond gənc dövlət qulluqçularına dövlət idarəçilik təcrübəsinin öyrədilməsi və onların peşəkarlıq səviyyəsinin artırılması sahəsində ardıcıl işlər həyata keçirir. Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 14 103 nəfərdir.

Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır.

Bu ilin 1 aprel tarixinə olan statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 14 103 nəfərdir. Onlardan 61,1%-i yaşa görə, 25,9%-i əlilliyə görə, 13%-i isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği 486,1 manatdır.

Qeyd edək ki, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR