DSX rəisi Elçin Quliyev İrana səfər edib

DSX rəisi Elçin Quliyev İrana səfər edib
# 23 fevral 2015 21:17 (UTC +04:00)

Rəşad Süleymanov - APA. Fevralın 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti İrana səfər edib. APA-nın məlumatına görə, DSX rəisi Abu Dabidə İDEX 2015 sərgisinin açılışına qatılıb. Buradan isə Tehrana gedib.

Səfər çərçivəsində general-polkovnik E.Quliyev İran daxili işlər naziri, sərhəd polisinin rəisi, həmçinin İranın müdafiə naziri ilə görüşləri gözlənilir. Səfər fevralın 25-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR