Çexiya şirkəti işğal olunmuş Dağlıq Qarabağda kənd təsərrüfatı ilə bağlı layihə həyata keçirəcək

Çexiya şirkəti işğal olunmuş Dağlıq Qarabağda kənd təsərrüfatı ilə bağlı layihə həyata keçirəcək
# 20 avqust 2014 09:37 (UTC +04:00)

APA-nın “Armenpress”ə istinadən verdiyi xəbərə görə, Çexiyaya məxsus “Genoservice” şirkətinin nümayəndələri “Dağlıq Qarabağ Kənd Təsərrüfatına Dəstək Fondu”nun rəhbəri Aşot Baxışyanla görüşərək, Talış kəndində heyvandarlıq kompleksinin tikintisi ilə bağlı məsləni müzakirə ediblər.


Həyata keçiriləcək layihənin ilkin mərhələsində 400 baş mal-qaradan ibarət təsərrüfat kompleksi yaradılacaq. Daha sonra bu kompleksin genişləndirilməsi və süd istehsalı ilə məşğul olan zavodun tikintisi nəzərdə tutulur.


Şirkət nümayəndələri qondarma “Dağlıq Qarabağ Respublikası”nın baş naziri Ara Harutyunyanla da görüşərək, əməkdaşlığın gələcəkdə genişləndirilməsi və bu sahədə mümkün imkanları müzakirə ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR