Bakıda iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçiriləcəyi tarix açıqlanıb

Bakıda iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçiriləcəyi tarix açıqlanıb
# 26 oktyabr 2015 09:47 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan və müxtəlif səbəblərdən əvvəlki qiymətləndirmədə iştirak etməyən, həmçinin nazirliyin cari ildə mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq, Bakı şəhəri ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan ​müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 29, 30 və 31 oktyabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin əsas tədris binasında keçiriləcək.

Bu haqda APA-yaTəhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhərində keçiriləcək diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri cəlb olunacaqlar: “Ümumilikdə, imtahana cəlb edilməsi planlaşdırılan kontingentin sayı 2500-ə yaxındır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR