İbrahim Tatlısəsi təhdid edən şəxs barəsində məhkəmə qərarı elan olunub

İbrahim Tatlısəsi təhdid edən şəxs barəsində məhkəmə qərarı elan olunub
# 31 mart 2012 14:20 (UTC +04:00)
Bakı-APA. Türkiyənin məşhur müğənnisi, ötən il silahlı hücuma məruz qalaraq ağır yaralanan İbrahim Tatlısəsi təhdid edərək ondan pul tələb edən şəxs barəsində məhkəmə qərarı açıqlanıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul 7-ci Ağır Cəza Məhkəməsi 10 il əvvəl İbrahim Tatlısəsi təhdidi edib, ondan pul istəyən Abdullah Uçmaqın 1 il 3 ay müddətində azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılıb.
Qeyd edək ki, məlum hadisə 2002-ci ildə baş verib. A. Uçmaq isə hazırda başqa bir cinayətlə bağlı həbsdədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR