Azərbaycanda “Təmiz hava” aylığı çərçivəsində tədbirlər keçirilib

Azərbaycanda “Təmiz hava” aylığı çərçivəsində tədbirlər keçirilib
# 11 oktyabr 2012 08:42 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələri, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yerli qurumları ilə birlikdə respublika ərazisində “Təmiz hava” aylığı tədbirləri həyata keçirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, tədbirin keçirilməsinin məqsədi atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi, dəymiş ziyanın ödənilməsinin təmin edilməsi, təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub: ““Təmiz hava” aylığı çərçivəsində 28 avtonəqliyyat müəssisəsində və nəqliyyat sexlərində yoxlamalar aparılıb. Yoxlamaya cəlb olunmuş 581 avtomobildən 18-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkarlanıb və bu müəssisələrə ödəmə təqdim olunub”.

Şəhərin küçələrində və magistral yollarda keçirilən reydlər zamanı isə baxış keçirilmiş 2623 avtomobildən 101-də atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olduğundan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb.

İ. İbrahimovanın sözlərinə görə, aparılan araşdırmalar göstərib, bəzi avtonəqliyyat müəssisələrinin rəhbərlərinin və şəxsi avtomobillərin sürücülərinin laqeyd münasibətləri nəticəsində atmosfer havasının avtomobillərin tüstü qazlarının tərkibindəki zərərli maddələrlə çirklənməsi hallarına yol verilir: “Magistral yollarda keçirilən reydlər zamanı, ümumilikdə fərdi qaydada yoxlanılan 8860 avtomobildən atmosfer havasını müəyyən olunmuş normadan artıq çirkləndirən 2701 avtomobilin sürücüsünün inzibati qaydada cərimə olunması üçün Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib edilib”. “
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR