XIX əsrdə çap olunmuş “Müqəddəs Yavangeliya” dini kitabının qaçaqmal yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb

XIX əsrdə çap olunmuş “Müqəddəs Yavangeliya” dini kitabının qaçaqmal yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb
# 23 iyun 2012 07:29 (UTC +04:00)
APA-nın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan istiqamətindən “Yalama” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan 55 saylı “Bakı-Moskva” qatarının 14-cü vaqonuna keçirilmiş gömrük baxışı zamanı həmin vaqonun bələdçisi, Rusiya vətəndaşı Andreyev Yuriy Viktoroviç tərəfindən gömrük bəyannaməsində göstərilməyən, XIX əsrin 2-ci yarısında köhnə Rus əlifbası ilə çap olunmuş dini məzmunlu, tarixi əhəmiyyət kəsb edən 1 ədəd “Müqəddəs Yevangeliya” («Священная Евангелия») kitabı aşkar olunub.

Biləsuvar Gömrük İdarəsinin sərhəd buraxılış məntəqəsində isə İrandan piyada gələn Azərbaycan vətəndaşı Ceyhun Əsgərovun üzərində aparılmış şəxsi yoxlama zamanı onun ayağındakı tərliklərin sağ tayının üst tərəfində dəridən olan lentlərin bir-birinə keçən hissəsindən, lentlərin arasına yapışdırılaraq gömrük nəzarətindən gizlədilmiş, xalis çəkisi 1,04 qram olan həşiş qətranı aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR