Bank Of Baku

AzDATACOM şəbəkəsi bu il tam fəaliyyətə başlayacaq

AzDATACOM şəbəkəsi bu il tam fəaliyyətə başlayacaq
# 05 sentyabr 2008 11:37 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanda genişzolaqlı rabitə xidmətlərinin inkişaf etdirilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi «Milli e-idarəçilik şəbəkəsi təşəbbüsü» (AzDATACOM) layihəsi çərçivəsində yaradılan Milli Məlumatların Ötürülməsi - AzDATACOM şəbəkəsi bu il ərzində bütün respublikada tam fəaliyyətə başlayacaq.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, layihənin ən əsas komponentlərindən biri «AzDATACOM» şəbəkəsinin yaradılmasıdır. Ölkə daxilində məlumatların 10 Gb/saniyə sürəti ilə ötürülməsinə imkan verən şəbəkə Azərbaycanın informasiya cəmiyyəti və elektron idarəetməyə inteqrasiyasına təməl rolunu oynayan infrastrukturun aparıcı hissələrindən biridir. Yeni şəbəkə artıq Bakı, Sumqayıt şəhərləri, Abşeron yarımadasında fəaliyyət göstərir. AzDATACOM şəbəkəsindən ölkədə elektron hökumət, distant təhsil, elektron kommersiya, biznesin məsafədən idarə olunması kimi məsələlərdə istifadə etmək mümkün olacaq.
Qeyd edək ki, Azərbaycanda elektron idarəetmənin inkişafı üçün vacib sayılan «Milli e-idarəçilik şəbəkəsi təşəbbüsü» layihəsi tərəflər arasında 2004-cü ilin iyulun 14-də imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR