Bank Of Baku

«Hyundai» şirkəti «i20» modelinin 5- və 3-qapılı versiyalarını istehsal edəcək

«Hyundai» şirkəti «i20» modelinin 5- və 3-qapılı versiyalarını istehsal edəcək
# 05 sentyabr 2008 12:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cənubi Koreyanın «Hyundai» avtomobil şirkəti bu ilin oktyabr ayında Parisdə (Fransa) keçiriləcək beynəlxalq avtomobil sərgisində yeni «Hyundai i20» modelinin 5-qapılı versiyasını nümayiş edəcək.
«APA-Economics»in məlumatına görə, bu modelin 3-qapılı versiyasının debütü isə 2009-cu ilə planlaşdırılıb. Yeni «i20» modeli hazırda istehsalı dayanan «Hyundai Getz» modelinin əvəzində buraxılacaq. Yeni xetçbek 1,2 litr və 1,4 litr həcmində olan mühərriklərlə təchiz olunacaq. Avtomobil hər 100 km məsafəyə 4,15 litr yanacaq işlədəcək.
Qeyd edək ki, «Hyundai» avtomobillərinin Azərbaycanda rəsmi distribütoru olan «Hyundai Auto Azerbaijan» şirkəti yeni «i20» modelinin ölkəyə idxalına bu ilin dekabr ayında başlayacaq. Avtomobilin qiymətinə gəldikdə isə, yeni «i20» modeli təxminən 13,5-15 min manata satılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR