Bank Of Baku

Rusiyanın yükdaşımalar operatoru Azərbaycanla tranzit imkanlarını araşdırır

Rusiyanın yükdaşımalar operatoru Azərbaycanla tranzit imkanlarını araşdırır
# 05 sentyabr 2008 13:59 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Rusiyanın iri yükdaşımalar operatoru olan «Birinci Yükdaşıma Şirkəti» ASC Orta Asiyada fəaliyyət dairəsinin genişləndirilməsi strategiya çərçivəsində Azərbaycandakı ekspeditorlar və yükgöndərənlərlə hərəkət heyətinin mümkün birgə istifadəsinə dair danışıqlar aparır.
«APA-Economics»in məlumatına görə, şirkət neft məhsullarının ixracı və tranzitinin diversifikasiyası hesabına hazırkı mövqelərini gücləndirmək niyyətindədir. Orta Asiya bazarını perspektivli hesab edən şirkət 2008-ci ilin sonuna burada 30%-dək paya sahib olmağı planlaşdırır.
Qeyd edək ki, «Birinci Yükdaşıma Şirkəti» ASC 2007-ci ildə «Rusiya Dəmir Yolları» ASC tərəfindən təsis olunub. Şirkət nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi, hərəkət heyətinin icarəyə verilməsi və üçüncü şəxslərin hərəkət heyətinin idarə olunması ilə məşğuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR