Bank Of Baku

Azərbaycanda üç beynəlxalq tikinti sərgisi keçirilir

Azərbaycanda üç beynəlxalq tikinti sərgisi keçirilir
# 22 oktyabr 2008 10:16 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, oktyabrın 25-dək davam edəcək sərgi Böyük Britaniyanın «İTE Group» şirkəti və onun Qafqazdakı tərəfdaşı «İteca Caspian» şirkəti tərəfindən təşkil olunub.
Sərgi Azərbaycanın Fövqəladə Hallar, İqtisadi İnkişaf nazirlikləri, Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Memarlıq İttifaqı tərəfindən dəstəklənir.
Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Xidmətinin rəis müavini Elxan Əsədov ölkədə aparılan tikinti-quruculuq işlərindən danışıb. E.Əsədov bildirib ki, 2000-ci ildə Azərbaycanda 470 min kv. metr yaşayış sahəsi istifadəyə verildiyi halda, 2007-ci ildə bu göstərici 1,6 mln. kv. metr təşkil edib. Tikinti işlərinin həcminə görə Azərbaycan postsovet respublikaları arasında birinci yerdədir.
«İTE Group» şirkətinin direktoru Edvard Stoun isə bu ilki sərgiyə 20 ölkədən 250 şirkətin qatıldığını vurğulayıb. Bu şirkətlərin əksəriyyətinin sərgidə ilk dəfədir iştirak etdiyini deyən E.Stoun rəhbəri sərgidə Azərbaycan şirkətləri ilə yanaşı Rusiya, Türkiyə, Böyük Britaniya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Qazaxıstan, Danimarka, Çin, Misir, Avstriya və digər ölkələrin şirkətləri iştirak edir.
«BakuBuild-2008» sərgisində müxtəlif ölkələrin milli stendləri də təqdim edilib. İlk dəfə olaraq, bu sərgidə debütant kimi İtaliyanın «Teramo» Ticarət Palatasının köməyi ilə təşkil edilmiş italyan kollektiv stendi və Belarus Memarlıq və İnşaat Nazirliyinin dəstəyi ilə bu ölkənin milli stendi nümayiş olunur.
Qeyd edək ki, «BakuBuild» sərgisi ilə bərabər həmin müddətdə «CaspianRealty» III Xəzər Beynəlxalq Daşınmaz Əmlak Sərgisi və «Caspian MebelExpo» VI Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi də keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR