Bank Of Baku

Səfir Nasir Həmidi Zare: «İran Şimal-Cənub layihəsi üzrə işləri sürətləndirəcək»

Səfir Nasir Həmidi Zare: «İran Şimal-Cənub layihəsi üzrə işləri sürətləndirəcək»
# 22 oktyabr 2008 10:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İran Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması layihəsi üzrə işləri sürətləndirməyi planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare bildirib.
Səfirin sözlərinə görə, hazırda dəmir yolu layihəsinin reallaşdırılması və işlərin sürətləndirilməsi məqsədi ilə İran, Azərbaycan və Rusiya dəmir yolu administrasiyaları konsorsiumun yaradılması üzərində iş aparır: «İran Qəzvin-Rəşt və Rəşt-Ənzəli layihələri üzrə tikinti aparmağı planlaşdırır. Əgər Azərbaycan ərazisindəki 8 km-lik hissədə yeni dəmir yolunun tikintisi reallaşarsa, biz tikintini Ənzəlidən deyil, İran Astarasından Rəştə kimi layihəsi üzrə başlaya bilərik».
Qeyd edək ki, Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci ilin sentyabr ayında imzalanıb. Razılaşma bütün nəqliyyat növlərinə – dəmir yolu, dəniz, çay, avtomobil və hava nəqliyyatına aiddir. Proqnozlara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə sonrakı mərhələlərdə daşınan yüklərin həcmi ildə 15 mln. tona qədər artacaq.
Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycanda 8,5 km yeni dəmir yolu, hər biri 1 050 metr olmaqla 4 stansiya yolu, sərhəddə gömrük, viza və təkər dəyişmə məntəqəsi inşa olunacaq. Bundan başqa, İranla birgə Astara çayı üzərindən 101 metr uzunluğunda körpü inşa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR