Bank Of Baku

Azərbaycan rabitə sahəsində Mərkəzləşdirilmiş Milli Monitorinq Sistemini gələn il istifadəyə verəcək

Azərbaycan rabitə sahəsində Mərkəzləşdirilmiş Milli Monitorinq Sistemini gələn il istifadəyə verəcək
# 22 oktyabr 2008 13:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan üçün strateji əhəmiyyətli Mərkəzləşdirilmiş Milli Monitorinq Sisteminin yaradılması üçün son hazırlıq işləri görülür. Bu barədə «APA-Economics»ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin (DRİ) rəisi Əflatun Məmmədov məlumat verib.
Ə.Məmmədovun sözlərinə görə, layihə çərçivəsində texniki şərtlərin hazırlanması başa çatdırılıb. Artıq layihəyə texniki şərtlər əsasında təkliflər hazırlanması üçün bu sahə üzrə tanınmış beynəlxalq şirkətlər cəlb edilib. DRİ həm də layihə sənədlərini yekunlaşdıraraq yerlərin seçilməsinə, kommunikasiya sistemlərinin quraşdırılmasına başlayıb.
Sistem gələn il ərzində istifadəyə veriləcək. Şəbəkə əvvəlcə Bakı şəhərində, daha sonra isə regionlarda - şimal regionunda Quba-Qəbələ istiqamətində, cənub bölgəsində Masallıda və Gəncədə quraşdırılacaq.
Sistem efirə kənar maneə təsirlərini analiz edəcək, radioelektron vasitələrin dəqiq uçotunun aparılmasının və on-line rejimində Azərbaycan hüdudları daxilində məlumat mübadiləsini təmin edəcək. Eyni zamanda, tezlik resurslarından daha səmərəli istifadəsinə zəmin yaradacaq.
İdarə rəisi bildirib ki, ilkin hesablamalar əsasında layihənin dəyərinin 15-20 mln. manat olduğu müəyyənləşsə də, verilən təkliflər əsasında layihə yenidən dəyərləndiriləcək. Layihənin birinci maliyyə mənbəyi dövlət büdcəsi olacaq. Lakin maliyyələşdirilmə üçün DRİ-nin daxili imkanları və texniki kreditlərdən də istifadə edilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR