Bank Of Baku

Fransa hökuməti Azərbaycanın rabitə sektorunda islahatların aparılmasına yardım edəcək

Fransa hökuməti Azərbaycanın rabitə sektorunda islahatların aparılmasına yardım edəcək
# 22 oktyabr 2008 14:05 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın ölkəmizdəki səfiri Qabriel Keller, onun iqtisadiyyat və ticarət məsələləri üzrə müşaviri Aleksandr Trubetskoy və səfirliyin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə attaşesi Lyuk Obri ilə görüşüb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Fransa səfiri görüşdə məqsədinin Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində həyata keçirilən islahatlarla tanış olmaqdan və Fransa hökumətinin bu islahatlarla əlaqədar hansı köməkliyi göstərə biləcəyini müzakirə etməkdən ibarət olduğunu bildirib.
Ə.Abbasov ölkədə e-hökumətin qurulması, poçt sisteminin inkişaf etdirilməsi barədə məlumat verib, Azərbaycanın poçt sistemində Dünya Bankı ilə birgə həyata keçirilən layihə barədə danışıb və görülən işlər nəticəsində 2012-ci ildən poçt sahəsinin rentabelli işləyəcəyini qeyd edib.
Nazir Fransanın «Alkatel-Lusent» şirkətinin «AzDataCom» layihəsi çərçivəsində fəaliyyəti barədə də danışıb, həmin şirkətin istehsal etdiyi avadanlıqların bu layihənin reallaşdırılmasında böyük əhəmiyyətə malik olduğunu qeyd edib.
Q.Keller isə bu məlumatların səfirlikdə ətraflı müzakirə ediləcəyini, gələcəkdə Fransa səfirliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə layihələrinin siyahısının hazırlanacağına qərar verildiyini bildirib.
Səfir qeyd edib ki, Azərbaycanın İKT sahəsində çalışan mütəxəssislərin və tələbələrin Fransanın tanınmış universitetlərində təhsil alması, fransalı mütəxəssislərin Azərbaycanda yerli kadrların hazırlanması işinə cəlb edilməsi məqsədilə təkliflər paketi hazırlanaraq nazirliyə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR