Bank Of Baku

Azərbaycanda Belarus traktor və yük maşınları yığılacaq

Azərbaycanda Belarus traktor və yük maşınları yığılacaq
# 22 oktyabr 2008 15:06 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycanın Gəncə Avtomobil Zavodunda MTZ traktorlarının (Minsk Traktor Zavodu) yığılması prosesinə başlanması planlaşdırılır. Bununla yanaşı, Gəncə zavodunda MAZ yük avtomobillərinin də (Minsk Avtomobil Zavodu) yığılmasının təşkili nəzərdə tutulub. Bu barədə APA-ya Belarusun Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Sergey Panasyuk məlumat verib.
S.Panasyukun sözlərinə görə, hazırda bu məsələlərlə bağlı tərəflər arasında danışıqlar aparılır.
Müşavir həmçinin xatırladıb ki, bir qədər əvvəl tərəflər arasında əldə olunmuş əməkdaşlıq razılığı əsasında Bakıya Belarusdan 20 ədəd MAZ avtobusu gətirilib. Bu, 80 və 106 nəfər tutumu olan avtobuslar şəhərdaxili marşrutlarda istismar olunur. Hazırda həmin avtobuslar Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən sınaqdan keçilir. Sınaqların nəticələri müsbət olarsa, Azərbaycan tərəfinin avtobusların alınması ilə bağlı sifarişini genişləndirəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR