Bank Of Baku

Azərbaycan ərazisindən daşınan tranzit yüklərin həcmi son bir ildə 11% artıb

Azərbaycan ərazisindən daşınan tranzit yüklərin həcmi son bir ildə 11% artıb
# 24 noyabr 2008 07:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 87 590,7 min ton yük daşınıb ki, bu da 2007-ci ilin müvafiq dövrünə nisbətən 6,2 dəfə çoxdur. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Daşınan yüklərin 79 483,2 min tonu ixrac, 7 107,6 min tonu isə idxal əməliyyatlarının payına düşüb.
İxrac əməliyyatlarında əsasən dəniz (672,5 min ton), dəmir yolu (14 430,5 min ton), avtomobil (539,4 min ton), hava nəqliyyatı (2,8 min ton) və boru kəməri (63 831,9 min ton), idxalda isə dəniz (332,1 min ton), dəmir yolu (6 396,3 min ton), avtomobil (1 296,1 min ton) və hava (23,5 min ton) nəqliyyatlarından istifadə olunub.
Hesabat dövründə tranzit olaraq Azərbaycan ərazisindən 5 378,7 min ton yük keçirilib. Tranzit yüklər əsasən İtaliya (2 044,1 min ton), İsveçrə (1 486,2 min ton), Gürcüstan (773,7 min ton), Tacikistan (271,4 min ton), Türkmənistan (193,1 min ton), İran (182,5 min ton), Türkiyə (160,5 min ton), Rusiya (147,3 min ton) və Qazaxıstana (37,1 min ton) göndərilib. Azərbaycan ərazisindən daşınan tranzit yük miqdarı 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,95% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR