Bank Of Baku

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin Londonda keçiriləcək sessiyasında iştirak edəcək

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin Londonda keçiriləcək sessiyasında iştirak edəcək
# 24 noyabr 2008 07:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ADDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 25-dən dekabrın 5-dək Londonda (İngiltərə) keçiriləcək Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin 85-ci sessiyasında iştirak edəcək. Bu barədə «APA-Economics»ə ADDA-nın mətbuat xidmətindən məlumat verilib.
Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərin dəniz administrasiyaları və müvafiq qurumlarının rəhbərlərinin qatılacağı tədbirdə dəniz təhlükəsizliyinin yüksəldilməsi, dəniz mühitinin qorunması, dəniz üzgüçülüyünün təhlükəsizliyi, gəmi davamlılığı, yük xətti və gəmilərin təhlükəsizliyi, gəmilərdə quldurluq və silahlı basqınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məsələləri müzakirə olunacaq. Həmçinin, digər əlaqədar təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və s. aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR