Bank Of Baku

«Azercell» Britaniya və Belarusun mobil operatorları ilə rouminq müqaviləsi bağlayıb

«Azercell» Britaniya və Belarusun mobil operatorları ilə rouminq müqaviləsi bağlayıb
# 24 noyabr 2008 13:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» MMC ilə Böyük Britaniyanın «Jersey Telecom» və Belarusun «Best» operatorları arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib.
«Azercell» şirkətinin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu, Böyük Britaniya ilə sayca altıncı, Belarusla isə üçüncü rouminq müqaviləsidir.
«Azercell» abonentləri hazırda Böyük Britaniyanın «Vodafone», «One2One» (T-Mobile), «Hutchison 3G UK Ltd.», «Orange», «O2 (Cellnet) Telefonica» və Belarusun «Velcom-MDC», «JLLC Mobile TeleSystems» operatorlarının xidmətindən istifadə edirlər.
Qeyd edək ki, 1996-cı ildə yaradılan və ümumilikdə 3,5 mln. abunəçisi olan «Azercell» şirkəti indiyədək 146 ölkənin mobil rabitə operatorları ilə 364 rouminq sazişi bağlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR