Bank Of Baku

«Nar Mobile» abunəçiləri üçün Mobil Köçürmə xidmətini istifadəyə verib

«Nar Mobile» abunəçiləri üçün Mobil Köçürmə xidmətini istifadəyə verib
# 25 noyabr 2008 08:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) bu gündən etibarən bütün öncədən ödənişli tarif planlarının istifadəçiləri üçün Mobil Köçürmə xidmətini istifadəyə verib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, Mobil Köçürmə xidməti abunəçilərə öz hesablarından istənilən «Nar Mobile» abunəçisinin balansını artırmaq imkanını yaradır. Xidmətdən istifadə etməklə abunəçi öz istəyinə əsasən digər istifadəçinin balansına 1 manat, 2 manat, 3 manat və ya 4 manat məbləğində vəsait köçürə bilər.
Xidmətdən yararlanmaq üçün abunəçinin nömrəsi#köçürülən məbləğ şifrəsini yazaraq 790 nömrəsinə SMS göndərmək və ya mobil telefonda *790#abunəçinin nömrəsi#köçürülən məbləğ# şifrəsini yığmaq lazımdır. Xidmətin qiyməti 0,06 manat təşkil edir.
Bundan başqa, «Nar Mobile» öz abunəçiləri üçün Mənə Zəng et xidmətini də istifadəyə verib. Pulsuz olan Mənə Zəng et xidməti balansında zəng üçün kifayət qədər vəsaiti olmayan abunəçiləri mobil rabitə ilə təmin etmək məqsədilə yaradılıb. Bu xidmətdən istifadə etmək üçün *776#(operatorun kodu)(yığılan abunəçinin nömrəsi)#YES şifrəsini yığmaq lazımdır.
Qeyd edək ki, «Azerfon» MMC-yə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb. Hazırda şirkətin 870 min abunəçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR