Bank Of Baku

Dünya maliyyə böhranı daha çox Azərbaycanın daşınmaz əmlak bazarına təsir göstərir

Dünya maliyyə böhranı daha çox Azərbaycanın daşınmaz əmlak bazarına təsir göstərir
# 25 noyabr 2008 10:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dünyada müşahidə olunan maliyyə böhranı Azərbaycanın daşınmaz əmlak bazarında özünü daha qabarıq göstərir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Ələkbər Məmmədov bildirib.
Ə.Məmmədovun fikrincə, hazırda davam edən böhran Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyə bilməz: «Bizim idxal-ixrac əməliyyatlarında iştirak edən şirkətlərimiz bu təsirə məruz qalır. Xüsusilə tikinti sektoru, xarici ölkələrdən Azərbaycana maşın və avadanlıqlar idxal edən şirkətlər bu problemlə üzləşir».
ASK prezidenti onu da vurğulayıb ki, dünya maliyyə böhranı Azərbaycanın maliyyə sektoru, xüsusilə də sığorta sektorundan yan keçə bilməz. Bunu nəzərə alaraq ölkə hökuməti və Milli Bank müvafiq tədbirlər görür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR